Laborant

  
       Şirkət haqqında:

 
“Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti “AzerGold” QSC tərəfindən 14 dekabr 2020-ci il tarixində törəmə hüquqi şəxs qismində təsis edilmişdir. Şirkətin yaradılmasında məqsəd Səhmdar Cəmiyyətin ən irimiqyaslı layihələrindən biri olan Daşkəsən dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən regionun inkişafına əlavə sosial-iqtisadi töhfələr verməkdir.

Vəzifə öhdəlikləri:
 
•  Tədqiqat və işləmələrin aparılmasında, laboratoriya analizləri, sınaq, ölçü və başqa növ işləri yerinə yetirməkdə köməkçi əməliyyatları həyata keçirir;            
•  Laboratoriya avadanlığının saz olmasına fikir verir, eksperimentlərə hazırlıq işlərini həyata keçirir, cihazların göstəricilərini qeydə alır;             
•  Laboratoriyanın əməkdaşlarını iş üçün lazım olan avadanlıqlarla, materiallarla, reaktivlərə və s. təchiz edir;            
•  Ədəbiyyat mənbələrindən, referativ və məlumat nəşrlərindən, normativ-texniki sənədlərdən müəyyən olunmuş tapşırığa uyğun olaraq lazımi məlumatları seçib toplayır;                                                       &n

bsp;        
                                 
Namizədə tələblər:
•       Kimya,Fizika ixtisası üzrə ali təhsil;      
•        Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
•       Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
•       Microsoft Office proqramları üzrə bilik tələb olunur                                         
•       Əla səviyyədə Azərbaycan dili;
        
Digər məlumatlar:
•       İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi
•       5 günlük iş rejimi (bazar ertəsi – cümə)
•       İş vaxtı: 08:00 – 17:00
•       Analıq məzuniyyətində olan işçinin yerinə müddət
 
 
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Laborant” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
 
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.