ABB karyeranızda yeni fürsətlər yaradacaq layihə ilə qarşınızdadır! 


Ölkənin maliyyə qurumları arasında ən yaxşı işəgötürən olmağı hədəfləyən ABB gənclərə uğurlu karyera qurmaq fürsəti təqdim edir.

Belə ki, “Biznes Bankçılıq-İnkişaf proqramı”na qoşularaq korporativ biznes, kiçik və orta sahibkarlarla iş sahələrində müxtəlif yönümlü təlimlərdə
iştirak etmək, təcrübə qazanmaq və proqramı müvəffəqiyyətlə bitirdikdə işləmək fürsəti əldə edə bilərsiniz.
Müraciət şərtləri:
 Bakalavr, magistr məzunları və ya magistr tələbələri;
 Maliyyə, İqtisadiyyat, Biznes və Bank işi ilə əlaqəli ixtisas məzunları;
 Yüksək səviyyədə ingilis dili biliyi olan şəxslər;
 Yaşı 22-28 olan şəxslər.

Seçim prosesi CV skrininq, imtahan və müsahibə mərhələlərindən ibarətdir. Bu mərhələləri uğurla başa vuran namizədlər inkişaf proqramında
iştirak haqqı qazanacaqlar. O cümlədən, proqramı uğurla başa vuran bütün iştirakçılar sertifikatla təltif olunacaqlar. ABB karyera portalına keçid edib müraciət edərək inkişaf proqramına qoşula bilərsiniz: https://lnkd.in/dzGFSD_h



İndi müraciət edin, karyera fürsətini qaçırmayın! 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.