"Qlobal Karyera Ayı" çərçivəsində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı Xəzər Universiteti ilə birgə 9 dekabr tarixində "Açıq qapı" günü keçirəcək.
Qeyd olunan tarixdə Xəzər Universitetinin tələbələri Mərkəzi Karyera filialına yaxınlaşaraq, müxtəlif istiqamətli karyera planlaması xidmətlərindən yararlana bilərlər.
Eyni zamanda tədbir çərçivəsində "Sənin karyera bələdçin" adlı info-sessiya keçiriləcək.
İştirak etmək istəyən şəxslərdən aşağıdakı formu doldurmaqları xahiş olunur:
Qeydiyyat linki: shorturl.at/fjsE3
Suallarınız yaranarsa, 055 695 83 23 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
“Açıq qapı” keçiriləcək ünvan və tarix:
9 dekabr, 2022
10:00 - 17:00
Rüstəm Rüstəmov 13a. (Xəzər Universitetinin yanı)
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.