Hüquq məsləhətçisi vakansiyası üzrə qəbul elan edilir.

Tələblər:

- Ali hüquq təhsili; 
- Minimum 1 il iş təcrübəsi; 
- Azərbaycan Respublikasının qanunvericiliyini yaxşı bilməli (informasiya hüququ sahəsində biliklər üstünlükdür); 
- MS Office proqramlarını yaxşı bilməli; 
- Azərbaycan dili səlis, rus və ingilis dili biliyi arzuolunandır; 
- Komandada işləmə bacarığı; 
- Analitik düşünmə və hüquqi sənədlərin hazırlanması bacarığı; 
- Yüksək ünsiyyət və təqdimat bacarığı. 

Vəzifələr:

- Hüquqi sənədlərin hazırlanması və hüquqi rəy verilməsi; 
- Müqavilələrin və normativ sənədlərin hüquqi ekspertizasının aparılması; 
- Hüquqi məsələlər üzrə müvafiq dövlət qurumları və tərəfdaşlarla yazışmaların aparılması; 
- Hüquqi risklərin müəyyən edilməsi və onların aradan qaldırılması üçün təkliflərin verilməsi. 
 

İş rejimi:

- İş günləri: Bazar ertəsi – Cümə 
- İş saatları: 09:00 – 18:00 

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.