“Peşəkar mühasib” sertifikatlı şəxslər üçün iş imkanı

 

Elm və Təhsil Nazirliyinin tabeliyindəki qurumlarda baş mühasib vəzifəsində çalışmaq üçün aşağıdakı tələblərə uyğun olan şəxslərin işə qəbulu elan olunur: 

  

- iqtisadiyyat ixtisas qrupu üzrə orta ixtisas təhsilli və maliyyə, mühasibatlıq sahəsində 2 ildən az olmayaraq əmək stajına, eləcə də “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatı”na malik şəxslər; 

  

- iqtisadiyyat ixtisas qrupu üzrə ali təhsilli və maliyyə, mühasibatlıq sahəsində 1 ildən az olmayaraq əmək stajına, eləcə də “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatı”na malik şəxslər.   

  

Müraciət etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://forms.gle/JYoLYY1GGKP4zNdF7 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.