Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Sədərək filialı üçün müştəri məslətçisi” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə uyğun olaraq “Müştəri məsləhətçisi/Sədərək ” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.


Struktur: Sədərək
Vəzifə: Müştəri məsləhətçisi
Bilavasitə tabeçiliyi: Filial müdiri


Vəzifə öhdəlikləri:

  • Müştəriləri qarşılayır, salamlayır, istiqamətləndirmək;
  • Bankın bütün məhsulları haqqında məlumatı olmalıdır;
  • Müştəriləri məhsullar və xidmətlər haqqında məlumatlandırmaq;
  • Müştərilərin Banka gəlişinin məqsədini müəyyənləşdirir,suallarını cavablandırır, lazım gəldikdə seçimlərində köməklik etmək;
  • Müştəri şikayətlərini qəbul edir “Müştərilərin şikayət, təklif və sorğuları ilə iş üzrə prosedura” uyğun olaraq yönəltmək;
  • Müştərini özünəxidmət (ATM, Cash in və s.) avadanlığına istifadə üçün yönəldir, lazım olduğu təqdirdə onu avadanlıqdan istifadə üçün maarifləndirmək;
  • Filialda özünəxidmət ( ATM, Cash İn və s.) və növbə tənzimləmə avadanlığının işlək vəziyyətdə olmasını periodik yoxlamaq; 
  • Müştərini növbə tənzimləmə aparatına yönəldir və xidmət seçimində dəstək olmaq; 
  • Əməkdaşların  növbə tənzimləmə aparatının daim online vəziyyətdə olmasına və növbə gözləyən müştərilərin  xidmət üçün qəbul edilməsinə nəzarət etmək;
  • Filialda hər hansı səliqəsizlik aşkarlandıqda xadiməni dərhal çağırmalı,masalardakı səliqəyə, filialın ümumi daxili görünüşünə və bukletlərin səliqəsinə mütəmadi nəzarət etmək;
  • Daim bankın imic və mənafeyini müdafiə edib qorumaq.


Tələblər:

  • İngilis  və rus dillərini bilməsi arzu olunandır;
  • Analitik düşünmə qabiliyyəti;
  • Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.