Təhsil İnstitutu aşağıdakı fənlər üzrə kurikulumların təkmilləşdirilməsi üçün mütəxəssislər axtarır.

 

• Azərbaycan dili (dövlət dili)
• İkinci xarici dil
• Musiqi
• Təsviri incəsənət
• Texnologiya
• Çağırışaqədərki hazırlıq
• Fiziki tərbiyə

Namizədlər üçün minimum tələblər:
• İxtisas fənni üzrə dərin bilik və bacarıqlar;
• Müasir pedaqoji yanaşmalara dair məlumatlılıq;
• Fikirləri yazılı formada ifadə etmə bacarığı;
• Araşdırma və təhlil üzrə səriştə;
• Ən azı 5 illik pedaqoji təcrübə;
• Xarici dil üzrə bilik və bacarıqlar arzuolunandır.

Müraciət forması: Yuxarıdakı tələblərə cavab verən və müvafiq kurikulumların təkmilləşdirilməsi üzrə əməkdaşlıq etmək arzusunda olan şəxslərdən özləri haqqında məlumatları (CV) 05.07.2024-cü il tarixinədək “Musiqi (şərti olaraq) fənni üzrə kurikulum mütəxəssisi” başlığı altında [email protected] poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd olunan tələblərə cavab verən namizədlər növbəti mərhələyə dəvət olunacaqlar.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.