“Yüksəliş” müsabiqəsi üçün qiymətləndirici ekspertlərin qeydiyyatı davam edir!



Qeydiyyat üçün ekspert kimi iştirak etmək istəyən namizədlər aşağıdakı şərtlərə cavab verməlidirlər: 

•⁠ ⁠3 ildən az olmayan iş təcrübəsi;
•⁠ ⁠Sahələr: insan resursları, psixologiya, kouçinq, idarəetmə, təhsil (müəllimlər və s.);
•⁠ ⁠Yumşaq bacarıqlar (əsasən diqqətlilik və informasiyanın effektiv təhlili);
•⁠ ⁠Yarımfinal və

finaldan öncə təşkil olunacaq 3 günlük təlimlərdə tam iştirak.

Qeyd edək ki, 2021-ci, 2022-ci, 2023-cü və 2024-cü illərdə "Yüksəliş" müsabiqəsində iştirakçı olmuş namizədlər beşinci mövsümdə ekspert qismində iştirak edə bilməyəcəklər. 

Seçim mərhələsini uğurla tamamlayan namizədlər müvəffəqiyyət sertifikatı qazanacaqlar.

Qeydiyyat 27 fevral 2025-ci ilədək davam edəcək.

Qeydiyyat üçün link: LİNK

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.