Satış və xidmətlər üzrə mütəxəssis

Şirkət Bakcell
Funksiya B2C Satış
İş qrafiki Növbəli
Son müraciət tarixi 10.12.2022

Sizin əsas vəzifə öhdəlikləriniz

  • Fərdi və korporativ müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək
  • Daxil olan bütün müştəri sorğularını araşdırmaq və onları müvafiq prosedurlara uyğun cavablandırmaq
  • Müştərilər üçün satış əməliyyatlarını yerinə yetirmək
  • Müştərilərdən daxil olan müraciət və şikayətləri həll etmək
  • Əlavə məhsul və xidmətlərin satışını həyata keçirmək
  • Təyin olunmuş satış planlarına əsasən rüblük satış hədəflərini yerinə yetirmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

  • Ali və ya peşə məktəbi/orta ixtisas təhsili
  • Müştəri xidmətləri və satış sahəsində ən azı 1 il iş təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər

  • Ünsiyyət qurma bacarığı
  • Müştəri yönümlülük
  • Nəticə Yönümlülük
  • Komanda işi və əməkdaşlıq etmə bacarığı
  • MS Office proqramlarını bilmək
  • Azərbaycan (səlis), Rus (səlis) və İngilis (orta) dillərini bilmək

Müraciət etmək üçün

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Satış və xidmətlər üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.