“Meqa Həyat Sığorta” ASC Sığorta və Təkrarsığorta şöbəsi Əməliyyat bölməsinin Əməliyyatçı vəzifəsinə vakansiya elan edir.
 


Namizədə olan tələblər: 


• Təhsil: Ali təhsil.
• Dil bilikləri:Azərbaycan dili (əla), rus və ingilis dili arzuolunandır.
• Microsoft Office proqramları ilə mükəmməl səviyyədə işləmə bacarığı.
• Stressə davamlılıq, operativlik, inkişafa meyillilik.
• Şəxsi keyfiyyətlər və bacarıqlar: Yazılı və şifahi kommunikasiya, komandada işləmək bacarığı, intizamlılıq, dəqiqlik, məsuliyyət.
 


Əsas vəzifə öhdəlikləri:


• Daxil olan müraciətlərə əsasən sığorta şəhadətnamələrini hazırlamaq;
• Sığorta şəhadətnamələrini proqram təminatına daxil etmək; 
• Sığorta şəhadətnaməsinin hazırlanması üçün müştəri barəsində lazımi məlumat və sənədləri əldə etmək;
• Bütün müştərilər tərəfindən ərizə-anket formasının doldurulmasını təmin etmək; 
• Sığorta qaydaları və sığorta şəhadətnaməsinin şərtləri ilə bağlı müştərini məlumatlandırmaq;
• Bağlanmış sığorta şəhadətnamələrini müştərilərdən təhvil almaq, qeydiyyatını aparmaq və arxivləşdirmək.

 


Əmək şəraitinin şərtləri:


• Əmək haqqı: Namizədin səriştə və təcrübəsinə uyğun olaraq, müsahibə zamanı müəyyən olunur.
• İş vaxtı: 5 günlük iş həftəsi saat 09:00-dan 18:00-dək, cümə günü saat 17:00-dək.
• Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlara uyğun verilir.
• Tibbi sığorta təminatı.

Zəhmət olmasa, “mövzu” bölməsində “Əməliyyatçı” qeyd etməklə CV-nizi (foto əlavə edilməlidir) [email protected] ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət alacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.