Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” MMC Marketinq üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir :

 Vəzifə Öhdəlikləri :

- Təşkilatın illik marketinq planının icrasının təşkilinə birbaşa dəstək verilməsi;
- Bazarın araşdırılması, müqayisəli təhlillərin aparılması, şirkətin məhsullarının bazarda mövqeyi haqqında düzgün nəticələr təqdim olunması;
- Bazar araşdırmasına və tələblərə əsasən mövcud məhsulların inkişaf etdirilməsi üçün təkliflərin verilməsi;
- Fərqli məhsullar üzrə ayrı-ayrı marketinq planlarının hazırlanması və icrası;
- Rəqəmsal marketinq fəaliyyətinə dəstək verilməsi; (Veb-səhifə və sosial şəbəkələrdə reklam və digər kampaniyaların yaradılmasının təşkili və s.)
- “Google SEO” və “Mass Mail” işinin təşkili;
- Şirkətin brendbukuna uyğun brendinq işlərinin aparılmasına birbaşa dəstək verilməsi;
- Filiallar, şöbələr və dig

ər təmas nöqtələri üçün materialların hazırlanması;
- Dövrü hesabatların hazırlanması və təhlili;
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirilməsi.

 Namizədə dair tələblər:

- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi (Maliyyə, xidmət sektorunda olanlara üstünlük veriləcək)
- Rus və ingilis dili biliyi ;
- MS office proqramlarından istifadə bacarığı;
- Təqdimat və ünsiyyət bacarığı;
- Komanda ilə işləmə bacarığı.

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftəiçi 5 gün, saat 09:00 – 18:00

 Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Maraqlananlar, “Marketinq üzrə mütəxəssis” başlığı
ilə [email protected] ünvanına CV göndərə bilərlər.
 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.