İşsiz və işaxtaran şəxslərin nəzərinə!
Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən və Abşeron-Xızı Regional Məşğulluq filialının dəstəyi ilə əmək yarmarkası keçiriləcək.
"FİNOKO" BOKT ASC-də və “SOCAR PETROLEUM” QSC-də qeyd olunan vakansiyalar üzrə işə qəbul olunmaq istəyən şəxslər göstərilən tarixdə müvafiq filiallara yaxınlaşa bilərlər.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Əmək yarmarkası keçiriləcək ünvan və tarix:
Gəncə şəhəri, Məmməd Xələfov 122 (Gəncə-Daşkəsən RMF-nin inzibati binası)
02 noyabr, 2022
10:00 – 13:00
Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıyev 64. (Abşeron-Xızı RMF-nin inzibati binası)
02 noyabr, 2022
10:00 – 13:00

Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.