“İRƏLİ” İctimai Birliyi 2024-cü il üzrə ilk Təcrübə proqramını elan edir!

Proqram çərçivəsində gənclər aşağıda qeyd olunan sahələr üzrə təcrübə əldə etmək şansı qazanacaq:

– Gənclərlə iş;
– Təhsil və təlim;
– Beynəlxalq əlaqələr;
– Layihələrlə iş;
– Sosial iş;
– Media.

3 ay müddətində davam edəcək proqramı uğurla başa vurmuş təcrübəçilərimiz şəhadətnamə ilə təltif olunacaqlar.

Təcrübə proqramına qatılmaq üçün gənclər:

• 17-24 yaş aralığında olmalı;
• İşində yüksək səriştəyə malik olmalı;


• Təşəbbüskar və məsuliyyətli olmalı;
• Komanda ilə işləmə bacarığına sahib olmalı;
• Motivasiyalı olmalıdır.

Əgər siz də ictimai fəaliyyətinizi inkişaf etdirmək, müxtəlif peşə və bacarıqlara yiyələnmək və təcrübənizi artırmaq istəyirsinizsə bu fürsəti qaçırmayın! 

 Son müraciət tarixi: 15 yanvar; 18:00

 Qeydiyyat linki: https://lnkd.in/eV2j9d_3

Qeyd edək ki, təcrübə proqramı tamamilə ödənişsiz əsaslarla həyata keçirilir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.