“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentində DWH Developer vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

  • Mövcud ETL proseslərin işinin dəstəklənməsi;
  • Texniki tapşırıq əsasında yeni ETL proseslərin və Data Mart-ların yaradılması.

 

Namizədə qarşı tələblər: 

 

  • Ali təhsil;
  • SQL/Hesabatlıq üzrə minimum 1 il bank təcrübəsi;
  • Məlumat bazalarının proqramlaşdırılması üzrə biliklər (Oracle SQL, PL/SQL,  PostgreSQL) ;
  • Python haqqında nəzəri biliklər;
  • Pentaho Data Integration, Oracle Data Integrator, SAS, Talend ve s ETL alət biliyi üstünlükdür;
  • Apache Airflow ilkin biliklər üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis və Rus dilləri texniki səviyyədə arzuolunandır;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissədə DWH Developer  qeyd edərək 4 Dekabr  2023-cü il tarixinədək[email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.