Məhsulların idarə edilməsi üzrə Aparıcı mütəxəssis

 

İş barədə məlumat

- Mövcud, eləcə də gələcək telekommunikasiya məhsul və xidmətlərin hazırlanması, optimallaşdırılması və bazara uyğunlaşdırılması;

- Məhsul və xidmətlərin təbliği, qiymətləndirmə və müştəri əldə etmə, eləcə də GTM strategiyalarının icrası;

- Daxili və departamentlərarası proseslərin və prosedurların yaradılması, optimallaşdırılması və koordinasiyası;

- Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi;

- Kütləvi müştəri bazası dəyişikliklərinin, miqrasiyasının və əldə edilməsinin (acquisition) idarə olunması;

- Online və offline kommunikasiya kanallarının koordinasiyası və idarə olunması;

- Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə xüsusi (ad-hoc) və ümumi bazar araşdırmalarının aparılması;

- Proaktiv surətdə kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması;

 

Tələblər

- Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə ən azı bakalavr təhsili;

- MBA və ya Marketinq üzrə magistr təhsilinə üstünlük veriləcək;

- Minimum 3 il (əsasən B2C istiqamətli) ;

- Azərbaycan, Rus, İngilis dilləri;

- MS Office, MS Outlook, yüksək səviyyədə MS Excel tələb olunur;

- Telekommunikasiya sahəsi üzrə məhsul və xidmətlər üzrə proqnoz vermək və biznes keysləri həyata keçirmək üzrə təcrübə;

- Tapşırıqların idarə olunması (task management) üzrə alət və proqramlardan istifadə (Trello);

 

Əgər təcrübəniz, bilik və bacarıqlarınız yuraxıda göstərilən şərtlərə uyğun gəlirsə, vakansiyanın adını email-in mövzu hissəsində qeyd etməklə, yenilənmiş CV-nizi [email protected] ünvanına göndərin. Nəzərə alın ki, ancaq tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.