KiFYİB konfrans keçirəcək!

Hörmətli səhifə izləyiciləri , "Kistik Fibroz Xəstələrinə Yardım" İctimai birliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Pediatriya Cəmiyyəti nin təşkilatı dəstəyilə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi- praktiki konfrans keçirməyi planlaşdırır.

Tarix-15 Noyabr 2023
Saat -13:00

"Kistoz Fibroz-Standart müalicədən modulyator müalicəsinə doğru " mövzusunda keçiriləcək konfransda Azərbaycanın və Türkiyənin mütəxəssis həkimləri tərəfindən Kistoz fibrozun bütün tərəfləri :diaqnostika ,müayinə ,müalicə və ən yeni , keyfiyyətli modulyator müalicədə beynəlxalq təcrubədən ətraflı təqdimatlar olunacaqdır.

Bu il KIFYIBin təsis olunmasından altı (6) il ötür ,bu altı ildə g�

�rülən işlər ,əldə olunan nailiyyətlər, mövcud problemlər ,qarşıya qoyulan məqsədlər ,pasiyent advokasiyasında irəliləyişlər ,
müalicədə dərman təminatının davamlılığı vəs haqqında ətraflı təqdimat olunacaqdır.

Qeyd:Konfrans akkreditə olunmuşdur ,yerlər məhduddur ,Kistoz Fibroz xəstələrinin diaqnostikası və müalicəsi ilə maraqlanan həkimlər- pediatrlar, pulmonoloqlar, genetiklər ,qastroenteroloqlar, endokrinoloqlar, terapevtlər, fizioterapevtlər iştirak edə bilər.

 Konfransda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir,yerlər məhduddur !.
Qeydiyyat üçün link:
https://forms.gle/LvG85EVbYxMNjsyT8

Ünvan:JW Marriot Abşeron otel Hövsan zalı .

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.