Bakı KOBİM tərəfindən təşkil edilən biznesyönümlü təlimlər davam edir!



11 sentyabr tarixində aşağıda qeyd edilən təlimlər baş tutacaqdır:

1.      Saat 15:00-da Vəfadar Babayevin təqdimatında "Məhsul-bazar uyğunluğunun tapılması".

Təlimdə məhsul-bazar uyğunluğu, bazar araşdırması, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və strategiyanın qurulması və əlaqəli mövzulardan bəhs ediləcək.

2.      Saat 15:00-da Eldar Əzizovun təqdimatında "Praktiki satış texnologiyaları".

Təlimdə satış, biznesdə satış funksiyası, müştəri tipləri və əlaqəli mövzulardan bəhs ediləcək.

3. Saat 19:00-da Adil Abdullayevin təqdimatında "Layihələrin idarə olunması".

Təlimdə layihə zamanının, keyfiyyətin və risklərin idarəsi və əlaqəli

mövzulardan bəhs ediləcək.

4. Saat 19:00-da Vəfadar Babayevin təqdimatında "Biznes planının hazırlanması".

Təlimdə biznes plan anlayışı, onun əhəmiyyəti və strukturu və əlaqəli mövzulardan bəhs ediləcək.

Təlimlərdə iştirak üçün aşağıdakı müraciət formunu doldurmağınız kifayətdir:


https://forms.gle/EDcRVCK1trMtJb7c8

Təlimlər Bakı KOB Evində baş tutacaq və Bakı KOB İnkişaf Mərkəzində bütün xidmətlər ödənişsizdir.

Təlimlərdə iştirak üçün həmçinin (+994) 55 919 45 85 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Təlimə gələrkən şəxsiyyət vəsiqənizi gətirməyi unutmayın.

Yerlər məhduddur! Qeydiyyatdan keçmək üçün tələsin!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.