4SİM tələbə və yeni məzunlar üçün qış təcrübə proqramı elan edir

4SİM rəqəmsal iqtisadiyyat sahəsində həyata keçirilən layihələrdə iştirak etmək istəyənlər üçün 3 aylıq qış təcrübə proqramı elan edir.

Aşağıda qeyd olunan istiqamətlərdə bilik və bacarıqlara malik tələbələr və yeni məzun olmuş gənclər proqramda iştirak üçün müraciət edə bilərlər.

• Mobil tətbiq tərtibatı – SwiftUI, Kotlin, C#, .NET, PostgreSQL

• UX/UI dizayn – Figma

• İT layihə koordinatorluğu

• Frontend tərtibatı – HTML, CSS, JavaScript, TypeScript, React, Git

• Backend tərtibatı – Java, Spring Boot, PostgreSQL, Docker, Redis, Postman, Git, mikroservislər

• Data analitikası – Python, Tableau

• Data mühəndisliyi – Tableau, data təmizlənməsi, maşın öyrənməsi

• Süni intellekt – Python, API inteqrasiyaları (REST, WebSocket anlayışı), Speech-to-Text, Text-to-Speech, dataset və etiketləmə intizamı

• Robototexnika – Python, Linux, Git, koordinatlar, sensor/aktuator məntiqi, PID konsepti, ROS (Node, Topic, Service/Action anlayışları)

• SMM – Photoshop, Canva

• Layihələrin hesabatlılığı 

• Kontent yaradıcılığı və rəqəmsal marketinq 

• Ümumi bacarıqlar: problem həll etmə, tədqiqat, analitik düşüncə, çeviklik və Microsoft Office bacarıqları

Qeyd:

Təcrübə proqramını uğurla bitirən namizədlərə sertifikat veriləcək. Təcrübə hibrid formada həyata keçiriləcəkdir.

Yalnız seçilmiş namizədlərə 4SİM tərəfindən bildiriş göndəriləcəkdir.

Müraciət üçün: https://forms.gle/JiKiYPY8RN2F5mQf8 

Son müraciət tarixi: 23 yanvar 2026-cı il.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.