“İnsan Resursları üzrə mütəxəssis” vakansiyası üçün komandamızla birlikdə çalışacaq əməkdaş axtarışıdayıq.

İş barədə məlumat:
Elektron hökumət portalında (EMAS) əmək müqaviləsi bildirişinin sistemə daxil etmək;
İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin qeydiyyatını aparmaq;
İşə qəbul, işdən azad , məzuniyyət, vəzifə dəyişikliyi, əvəzgün verilməsi və digər proseslərin lazımi qaydada icrasını tam şəkildə həyata keçirmək;
İSB elektron portalında zəruri əməliyatların vaxtında icra etmək;
Məzuniyyət ərizələrinin qəbul etmək və məzuniyyətləri rəsmiləşdirmək;
İllik məzuniyyət planını hazırlamaq və onların müvafiq şəkildə icrasına nəzarət etmək;
Kadr kargüzarlığına dair digər sənədləşmə işlərinin aparılmasını təmin etmək;
 
Vakansiya tələbləri:
Ali təhsil;
Qeyd edilən vəzifədə ən azı 3 il iş təcrübəsi;
MS Office (MS

Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə (xüsusilə “Excel” yaxşı səviyyədə);
Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
Elektron Hökümət Portalları ilə (EMAS; e-sosial; İSB) sərbəst şəkildə işləmə bacarığı;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
Korporativ kommunikasiya bacarığı;
Məsuliyyətli və diqqətli olmaq;
Yenliklərə və inkişafa açıq olmaq;
 
İş saatları: bazar ertəsi - cümə (09:00-18:00);
Ünvan: “8 Noyabr” Prospekti 163;
Əmək haqqı: 1000-1200 (Net);

Komandamıza qoşulmaq istəyən və qeyd edilən bütün tələblərə cavab verənlər "İnsan resursları üzrə mütəxəssis" başlığı altında CV faylını [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.