Dinamik inkişaf edən komanda üzvləri ilə birlikdə işləmək, professional biliklərini artırmaq və uğurlu karyera qurmaq istəyən namizədlər e-mail mövzusunda “Hüquqşünas” qeyd edib CV-ni [email protected] elektron poçt ünvanına göndərə bilər.

Vakansiya tələblərinə uyğun gələn namizədlərlə CV daxil olduqdan sonra 5 iş günü ərzində əlaqə saxlanılacaq.

Vəzifə: Hüquqşünas.

Əsas vəzifə öhdəlikləri:
1. Sığorta hadisələrinin tənzimlənməsi zamanı Cəmiyyəti və onun müştərilərini dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək;
2. Sığorta hadisələrinin tənzimlənməsi prosesində olan məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq və ya onların hüquqi ekspertizasını həyata keçirmək;
3.

Sığorta hadisələrinin araşdırılmasında yaxından iştirak etmək, lazım gəldikdə hüquqi müstəvidə Dövlət və qeyri dövlət orqanlarının nümayəndələri ilə müzakirələr aparmaq, lazım gəldikdə görüşmək;
4. Sığorta hadisəsi ilə əlaqədar zəruri olan məktub və sorğuları tərtib etmək;
5. Qüvvədə olan qanunvericiliyin tətbiqi sahəsində yaranan mübahisəli məsələlərin araşdırılmasını və bağlanmasını təşkil etmək.

Tələblər:
- Hüquq sahəsində ali təhsil;
- AR Konstitusiyası, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi, o cümlədən sığorta və səhmdar cəmiyyətlərlə bağlı qanunvericilik biliyi;
- Sığorta sahəsində iş təcrübəsi (arzuolunandır);
- Kompüter biliyi: MS Office (Excel, Word, Outlook, PowerPoint);
- Dil biliyi: Azərbaycan, rus, ingilis dili.

Şərtlər:
İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00-dək;
Əmək haqqı namizədin səriştəlik və kvalifikasiya dərəcəsinə uyğun təklif edilir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.