Pro Con İzo MMC, "İnsan resursları üzrə təcrübəçi (HR intern)" vəzifəsi üzrə vakansiya elan edir.
 


İşin təsviri:



• İşçilərin şəxsi işlərinin tərtib edilməsi və müvafiq qaydaya uyğun yoxlanılması;
• Əmək kitabçalarının yazılması;
• İşçilərin gündəlik davamiyyətlərinə nəzarət etmək, qeydiyyatını aparmaq, uyğunsuzluqlar barədə rəhbərinə hesabat vermək; 
• Təcrübə müddəti: 3 ay.
 


Tələblər:



• Ali təhsilli (bakalavr 4-cü kurs və magistr tələbələri müraciət edə bilərlər);
• MS Office proqramlarından istifadə etməyi bacarmalı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Stressə davamlılıq və komandada işləmək bacarığı.
 


İş şəraiti:



• İş qrafiki: 5 günlük (saat: 09:00-dan – 13:00 -dək);
• İstirahət günləri- Şənbə, Bazar;
• Ünvan: N.Nərimanov ray., A.Aqarunov 3-9.

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) [email protected] elektron ünvanına mövzu hissəsində “İnsan resursları üzrə təcrübəçi” qeyd etməklə göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.