"Grand Motors Company" komandamıza "Master Konsultant" axtarırıq.

Namizədə olan tələblər:

· Texniki xidmət sahəsində 2 il təcrübə ( kənd təsərrüfatı və inşaat texnikalarının təmiri sahəsində biliklərin olması);
· 1C proqramı ilə işləmə bacarığı arzuolunandır;
· Zərurət olduğu halda, ezamiyyətlərə getməyə hazır olmalı;
· MS Office proqramları ilə işləmə bacarığı, əsasən də MS Outlook-la.

Vəzifə öhdəlikləri:

· Müştərilər tərəfindən təmir və texniki baxımla bağlı daxil olan sorğuları təhlil edərək, atılmalı addımlara dair konsultasiya etmək;
· Müştəri tarixçəsinin yoxlanılması;
· Təmir sifarişlərinin qəbul edilməsi, qiymət təkliflərinin hazırlanması və xidmət müddətinin hesablanması;
· Müştəri müraciətlərinə əsasən, qiymət təkliflərinin verilməsi;
· Təmir müddəti, xərclər və müayinə zamanı yaranmış əlavə xərclər ilə bağlı m

üştərinin məlumatlandırılması və razılaşdırılması;
· Gündəlik olaraq, servis rəhbəri ilə sifarişlərə baxışın keçirilməsi və mobil xidmətin fəaliyyətinin planlamasının həyata keçirilməsi;
· Müştərinin tələbinə əsasən, ehtiyat hissəsinin anbardaki mövcudluğunun yoxlanılması, zərurət olduqda sifariş edilməsi üçün müvafiq şöbəyə məlumatların ötürülməsi;
· Texniki xidmətin göstərilməsi prosesinə nəzarət edilməsi;

İş şərtlərimiz:

· Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;
· 6 günlük iş qrafiki (növbəli);
· İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, Neptun marketlə üzbəüz;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Master Konsultant” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.