İki universitetimiz “Times Higher Education dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi”nə daxil olub.
Dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən “THE dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi” dərc olunub.
11 fənn sahəsi üzrə dərc olunan reytinqdə Azərbaycan 2 fənn sahəsi üzrə təmsil olunub. “Mühəndislik” üzrə dünyanın ən yaxşı universitetlərinin siyahısında Bakı Dövlət Universiteti 1001-1250 intervalında mövqe tut
Qeyd edək ki, “THE dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi”nin qiymətləndirmə metodologiyasında 5 istiqamət (tədris, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, sənaye və beynəlmiləlləşmə) üzrə 18 meyar nəzərə alınır. Sözügedən reytinqdə 11 geniş fənn sahəsi və 33 dar fənn kateqoriyası üzrə təhlil aparılır.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.