Şirkətdə Telesatış üzrə Kiçik Mütəxəssis vakansiyası aktivdi



 Tələblər: 

Ali təhsil; 
Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür); 
Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq; 
Ünsiyyət və inandırma bacarığının olması; 
Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq; 
Hədəf yönümlü olmaq; 
Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq; 
Satış sahəsi üzrə karyera qurmağı planlamaq. 

Vəzifə öhdəlikləri: 

ng>

Bazadakı müştərilərə zənglər etmək; 
Qoyulmuş satış hədəfləri çərçivəsində şirkətin mövcud məhsul və xidmətlərinin satışını həyata keçirmək, müştəri ehtiyaclarını müəyyənləşdirmək; 
Müştərinin tələb və ehtiyaclarının komanda daxilində digər bölmələrə ötürülməsini təmin etmək və yeni təkliflər yaratmaq; 
Yerinə yetirilmiş işlər barəsində hesabatların hazırlanması və satış hədəflərinin həyata keçirilməsi.

Kommunikasiya bacarıqlarınız yüksəkdirsə və yuxarıdaki tələblərə uyğun gəlirsinizsə öz CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.