"Veysəloğlu" MMC Qeyri-qida üzrə biznes inkişafı departamentində Kateqoriya meneceri vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş yeri:
Bakı şəhəri

İş qrafiki:
Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

İşin təsviri: Məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək.

Vəzifə funksiyaları:
- Məhsul idarəsində olan məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək;
- Məhsul seçimi və qiymətin təyin olunması prosesi ilə əlaqədar müvafiq şirkətlərlə görüşlər təşkil etmək;
- Satış potensialı yüksək ola biləcək yeni markaların araşdırılıb yerli bazara çıxarılmasını həyata keçirmək;
- Bazar dinamikasını, rəqibləri və rəqib məhsulları təqib edərək öz təklifləri ilə məruzə etmək;
- Marka və məhsul performansını müşahidə edərək təhlil etmək;
- İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, t

ədqiqat briflərini və keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
- Cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, onları məhsul və markaların ideya mərhələsində istehlakçılara çatdırmaq, o cümlədən istehlakçılardan gələcək geri dönüşlərin və dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq.

Vəzifə tələbləri:
- Ali təhsil;
- Minimum 3 il marketinq, kateqoriya idarə etmə və ya biznes inkişaf sahəsində iş təcrübəsi (FMCG sahəsində iş təcrübəsi üstünlükdür);
- Marketinq və bazar araşdırma prinsiplərini dərindən bilməli;
- Rus və ingilis dili biliklərinin olması mütləqdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:
- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır;
- Nahar ilə təmin edilir.

Müraciət qaydaları: Bu vakansiyaya müraciət etmək istəyən namizədlər CV-ni mövzu bölməsində “Kateqoriya meneceri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq. 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.