Artlife Sahil filialı Praktiki Təcrübə Proqramını elan edir!

Motivasiyalı, əla ünsiyyət qabiliyyətli, təşəbbüskar tələbə və məzunları bu fürsətdən yararlanmağa dəvət edirik.

Proqram müddəti 3 aydır, qrafik razılaşdırılır.

          Proqram 2 istiqaməti əhatə edir.

     1. Rəssam assistenti

     2. Administrativ assistent

Qeyd: Rəssam assistenti qeyd edənlər fotoşəkilli CV ilə birlikdə əl işlərindən bir neçə nümunə foto göndərməlidir.

          Proqrama kimlər qoşula bilər?

• 4-cü kurs tələbələri.

• Magistr tələbələri.

• 2021-2023-ci illərin məzunları.

Təcrübə proqramı sizə nə qazandıracaq?

• Real iş mühiti ilə tanışlıq. 

• Komanda işini mənimsəmə və sosiallaşmaq imkanı.

• Təhsil müddətində öyrəndiklərinizi tətbiq etmə imkanı.

• Öz sahəsində peşəkar şəxslərin təcrübələri ilə tanış olmaq imkanı.

• Gələcək karyera imkanının artırılması.

• Əmək vərdişlərinin inkişafı

• Təcrübə proqramında iştiraka dair QR kodla Artlife reyestrində qeydiyyata alınmış Diplom ( yalnız uğurla bitirən namizədlərə təqdim olunur)

          Göstərilən tələblərə cavab verən namizədlər müraciət üçün CV formasını foto ilə birlikdə, mövzu yerinə rəssam və ya administrativ assistent qeyd etməklə [email protected] göndərə bilərlər.

            Son müraciət tarixi: 04/04/24

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.