Sağlam Ailə olaraq heç bir təcrübə tələb olunmadan "Qeydiyyatçı" vakansiyasını elan edirik! 
 


 Siz nə edəcəksiz:



- Klinikaya müraciət edən pasiyentlərin müvafiq təlimatlara uyğun 
qeydiyyatını aparır; laborator və funksional müayinələr, onlara hazırlıq və 
aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır;
- Mərkəzə konsultasiya xidmətləri üçün müraciət edənləri müvafiq proqramın 
randevu modulunda qeydiyyata alır və konsultasiya vaxtını təyin edir; 
- Sığorta təşkilatları vasitəsilə müraciət edən pasientlərin qəbulu və 
qeydiyyatını aparır;
- Pasiyentə imtina edilən xidmətlərin qeydiyyatını aparır; 
- Pasiyentə müvafiq təlimatlara uyğun aidiyyatı məlumatları verir;

 

 Sizdən gözləntilərimiz:



-Təhsil: Ali və ya orta ixtisas təhsilli; 
- İş təcrübəsi tələb olunmur;
-Xarici dil biliyi: Rus dili arzuolunandır;
- Şəxsi keyfiyyətləri: Səlis nitq qabiliyyəti, ünsiyyətcil, məsuliyyətli,komandada 
işləmə bacarığı, məqsədyönlü və inkişafa meyilli. 
 


 Biz Sizə nə təklif edirik:



- İş qrafiki: həftənin 6 günü (həftəlik 40 saat);
- Rəqabətli əmək haqqı və hər 3 ayda bir bonus; 
- Şirkət daxili təlim və inkişaf imkanları; 
- Karyerada yüksəliş imkanı;
- İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin imkanı.


CV-nizi  [email protected] e-mail adresinin mövzu hissəsinə vakansiyanın adını qeyd edərək müraciət edə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.