Aparıcı hüquqşünas vakansiyası

 

Vəzifə: Aparıcı hüquqşünas

Əmək haqqı: 1100 azn net

Əsas vəzifələr:

• Müqavilə formalarının hazırlanması və hüquqi ekspertizasının həyata keçirilməsi;
• Hüquqi şəxslərin və xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;
• Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;
• Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi;
• Əmtəə nişanlarının qeydiyyata alınması;
• Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada cavabların hazırlanmasına nəzarət etmək.


Tələblər:

• Hüquq sahəsi üzrə ali təhsil;
• Korporativ sahədə 2-3 ildən artıq iş təcrübəsi;
• Müqavilə hüququ sahəsində yaxşı səviyyədə nəzəri və praktiki biliklər;
• Dil bilikləri: Rus və ingilis dili yaxşı səviyyədə;
• Yüksək araşdırma və müştərilərlə ünsiyyət bacarığı;
• Namizədin komandada işləmə qabiliyyətinin olması vacibdir.

Qeyd: Hüquq və konsaltinq şirkətlərində təcrübəsi olan və yalnız məzun olmuş şəxslərə üstünlük veriləcək.

İş şəraiti:
• AR əmək məcəlləsinə əsasən sənədləşmə;
• İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 09:00 - 18:00;
• İş yeri ünvanı: Cəfər Cabbarlı 44, Caspian Plaza 

Müraciət etmək istəyən namizədlər CV-lərini və əməkhaqqı gözləntilərini [email protected] mail ünvanına mövzu hissəsinə "Aparıcı hüquqşünas" qeyd edərək göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.