Subroqasiya və Hüquqi təminat şöbəsinin Müdiri vəzifəsinə işçi axtarırıq.

Vəzifə öhdəlikləri:
- Subroqasiya hüququ əsasında cəmiyyət tərəfindən zərərvuran şəxslərə qarşı iddiaların vaxtlı-vaxtında qaldırılmasının, qəbul olunmuş qətnamələrin icrasının təmin edilməsi;
- İddia ərizələrinin hazırlanması və təyinatı üzrə göndərilməsinin həyata keçirilməsinin təşkil edilməsinə nəzarət edilməsi, məhkəmə proseslərində Cəmiyyətin təmsil edilməsi;
- Hüquqi məsələlərlə əlaqədar Cəmiyyətə və ya şöbəyə daxil olan məktublara cavabların yazılması və təyinatı üzrə göndərilməsinə nəzarət edilməsi;
- Şöbənin işçiləri arasında gündəlik iş bölgüsünün həyata keçirilməsi və icrasına nəzarət edilməsi;
- Qanunvericilikdə olan dəyişikliklərin Cəmiyyətin daxili normativ sənədlərində vaxtlı-vaxtında əks olunmasının təmin edilməsi və lazımi hallarda müvafiq struktur bölmələrinin işçilərinin bu barədə məlumatlandırılması;
- Müqavilələrin işlənilməsi, onlara hüquqi rəyin verilməsi, rəhbərlik tərəfindən təsdiq edilməsinin təşkil edilməsi;
- Cəmiyyətin hüquqlarını və qanuni m�

�nafelərini məhkəmədə və digər qurumlarda hüquqi müdafiə etməsi;
- Cəmiyyətin hüquqlarının və qanuni mənafelərinin məhkəmədə və digər qurumlarda hüquqi müdafiəsi üçün zəruri sənədlərin hazırlanması;
- Mühasibatlıq şöbəsinin yazılı sorğusu əsasında, subroqasiya ödənişləri ilə bağlı hesabatın verilməsi;


Namizədə olan tələblər:
- Ümumi iş təcrübəsi 5 il, onlardan Sığorta sahəsində iş təcrübəsi minimum 3 il. 
- Təhsili/ixtisası: Ali hüquq.
- Dil bilikləri: Azərbaycan dili - əla; rus/ingilis dili - arzuolunandır.
- Kompüter bilikləri: MS Office - əla.
- Analitik düşünmə və problemləri həll etmə bacarığı.
- Yazılı və şifahi kommunikasiya bacarıqları. 

Əmək şəraiti və şərtləri:

Əmək haqqı: namizədin sığorta sahəsində olan iş təcrübəsi və səriştəsinə uyğun təklif olunur. 
İş saatları (iş rejimi): Həftədə 5 gün, 09:00-18:00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı (“Şöbə müdiri”) qeyd olunmaqla) göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.