Memarlıq və dizayn üzrə təhsil alan gənclərin nəzərinə!

Archi Vision - Memarlıq düşərgəsi sizlər üçündür!💡

Görüşlərin, master-klasların, praktiki işlərin, əyləncəli fəaliyyətlərin təşkil olunacağı 3 günlük həftəsonu düşərgəsində iştirak etmək istəyirsinizsə, bu düşərgəyə qoşulun. 

3-5 may tarixlərində Şəki Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı, AzMİU Tələbə Gənclər Təşkilatı və İtaliya-Azərbaycan Dizayn Mərkəzinin tərəfdaşlığı ilə keçiriləcək düşərgəyə qeydiyyatdan keçməyə tələsin!

Qeydiyyat linki: https://forms.gle/rus3T95WhryT53748

 Qeydiyyat üçün son tarix: 28 aprel, saat 17:00

Qeyd: Gənclər düşərgələri mütəmadi olaraq müxtəlif mövzu istiqamətləri üzrə təşkil olunacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.