Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya Tədris Mərkəzinə tyutor vəzifəsi üzrə vakansiya elan edilir.

Tələblər:

- Ali təhsil (magistratura səviyyəsi);

- Müvafiq sahə və ya təhsil sahəsi üzrə iş təcrübəsi arzuolunandır;

- Dil bilikləri: rus, ingilis və s. dillərdə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı üstünlük olaraq qəbul ediləcək;

- Ms Office və s. (əgər varsa) proqramlar üzrə biliklər;

- Ünsiyyətcillik, komanda ilə işləmək bacarığı, analitik düşünmə.

Əmək funksiyaları:

- Yeni qəbul olunan tələbələrə kredit sistemi ilə əlaqədar məlumatlandırılması;

- Fərdi Tədris Planlarının hazırlanmasında magistrantlara köməklik və bu FTP-lər əsasında akademik, fənn, laboratoriya qrupların yaradılması, paralel olaraq bu işlərin AtiS-də də görülməsi;

- Strukturun iş nomenklaturasının aparılması üzrə təşkilati işləri yerinə yetirmək;

- Tələbələrin şəxsi məlumatlarının bazaya yığılması;

- Tələbələrin şəxsi vərəqələrinin tərtibi;

- Akademik borclarla bağlı məlumatların emal edilməsi və cədvəl formasında hazırlanması;

- Tədrislə bağlı sənədlərin hazirlanması və kompüter emalını həyata keçirmək;

- Tələbələrin ixtisas təcrübəsinin təşkili ilə bağlı sənədləşmənin hazırlanmasında iştirak etmək;

- Tələbələrin qruplar üzrə siyahılarını, şəxsi vərəqələrini formalaşdırmaq və onlara dəyişikliklər, əlavələr etmək;

- Tədrisin semestr və dövlət buraxılış imtahanlarının təşkilində iştirak etmək;

- Transkript formalarının hazırlanması və çap olunması;

- Sessiya imtahanlarının təşkilində iştirak etmək;

- İmtahanların gedişinə nəzarət etmək.

Maaş: 550 AZN (Gross)

Müraciət üçün son tarix: 24.10.2023

Maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.