Prior Leasing şirkəti Brendin inkişafı üzrə mütəxəssis vakansiyasını elan edir.

Namizədə olan tələblər:

·           Ali təhsil(Biznesin idarə edilməsi, Marketinq və s.);
·           Satış sahəsində ən azı 1 il təcrübə olmalı;
·           Azərbaycan, rus dilləri səlis, ingilis dili orta olmalı;
·           Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli;
·           Ezamiyyətlərə hazır olmalı.

Vəzifə öhdəlikləri:

·           Brend üzrə məsul olduğu texnikanın satışlarının təhlilini aparır;
·           Brendin bazarda seqmentləşməsini müəyyən edir;
·           Potensial müştərilər üçün sərgi və tədbirlərdə brendin təqdimatını təşkil edir;
·           Brendin satı

ş həcmini proqnozlaşdırır və proqnozlara uyğun məhsulların sifariş
edilməsi üçün həcmin müəyyən edilməsində iştirak edir;
·           Rəqiblərin qiymət siyasətini, bazar payını, satış fəaliyyətini araşdırır və görülən işlər
barədə rəhbərliyə hesabat hazırlayır;
·           Brendlərin inkişafı üçün yeni təkliflər irəli sürür.


İş şərtlərimiz:
·           Əmək haqqı: 970-1108 AZN;
·           İş qrafiki: Tam iş günü (5 gün);
·           İş saatları: 08:30-17:30.
·           İş yeri: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Brendin inkişafı üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.