Xalq Bank Biznesin inkişafı İdarəsi Tərəfdaş (Partnyor) şəbəkəsinin idarə edilməsi şöbəsinin mütəxəssisi/baş mütəxəssisi üzrə işçi axtarır!

Müraciət etmək istəyənlər CV-lərini [email protected] adresinə (Subject hissəsinə vakansiya adını qeyd etməklə) göndərə bilər.

Namizədə dair tələblər:

· Maliyyə, menecment, iqtisadiyyat, idarəetmə istiqaməti üzrə təhsilin olması;

· Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;

· Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləməkbacarığı;

· Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;

İşin təsviri :

· Banka yeni tərəfdaşlar cəlb olunması üçün tədbirlər görmək və onlarla əlaqələri idarə etmək;

· Tərəfdaşlarla xüsusi əməkdaşlıq şərtlərinin tətbiqinə dair danışıqların aparılması və təməkdaşlığın təşkili;

· Mövcud və yeni cəlb olnumuş müştərilərə Bankın ekvayrinq xidmətlərinin satışını həyata keçirmək;

· Bankın loyallıq proqramının (Xalq kart) icrası və inkişaf etdirilməsi üzrə zəruri tədbirlərin həyata keçirilməsi;

· Potensial müştərilərlə görüşlərin və bank məhsullarının təqdimatının keçirilməsi;

· Tərəfdaş şirkətlərin əməkdaşlıq şərtlərinə əməl etməsinə dair nəzarətin həyata keçirilməsi.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.