"Veysəloğlu" MMC Satış Direktorluğuna "Dizayner" vakansiyasını elan edir. 

 

Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:



İş yeri:
Bakı şəhəri

İş qrafiki:
Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

İşin Təsviri:
- Şirkətin vizual materiallarının dizaynlarını brandbook standartına uyğun şəkildə, keyfiyyətli və zamanında hazırlamaq.

Vəzifə öhdəlikləri:
- Kampaniya bukletlərini məhsul siyahısına uyğun hazırlamaq, konseptləşdirmək;
- İnsert dizaynlarını, qiymət standartlarını (etiketlər) və s. materialları hazırlamaq;
- Sosial Şəbəkələr və sayt üçün posterlər, xüsusi dizaynlar hazırlanmaq; reklam və məlumat materiallarının (vinil, banner, jurnal, flayer, broşür,və s.) dizaynını hazırlamaq;
- Şirkətin müxtəlif reklam obyektləri üçün dizaynlar hazırlamaq;
- Şirkət biznes kartları və uniformaların, təşəkkürnamə və diplomların dizaynlarını hazırlamaq;
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.

Vəzifə tələbləri:
- Dizayn, Rəssamlıq və ya müvafiq digər sahə üzrə ali təhsil;
- Dizayn sahəsində minimum 2 il təcrübə;
- Azərbaycan dilində səlis yazılı və şifahi biliklərə malik olmaq; ingilis dili və rus dili biliyi arzuolunandır;
- Kompüter bilikləri: MS Office; Corel Draw, Photoshop, Illustrator;
- Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq;
- Dizayn alətlərindən effektiv istifadə bacarığı;
- Təzyiq altında işləmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:
- Nahar ilə təmin edilmə;

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Dizayner” qeyd etməklə [email protected] elektron poçt ünvanına  göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.