Bank Respublika ASC “Korporativ Satışlar departamentinin meneceri” vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Departamentin funksiyalarının icrasını tənzimləyən qayda və təlimatların hazırlanmasını təşkil etmək;
  • Bankın strategiyasının hazırlanmasında iştirak etmək;
  • Korporativ satışın icra olunmasına ümumi nəzarəti həyata keçirmək;
  • Səlahiyyətli orqanların qərarı əsasında müxtəlif komissiya, komitə, qrup və digər qurumların tərkibində iştirak etmək.



 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil (İqtisadi və ya idarəetmə sahəsi üzrə);
  • Yuxarıda qeyd edilmiş öhdəliklərin icrası üzrə 3 il iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan dili,Rus dili və İngilis dili;
  • Korporativ biznes haqqında dərin biliklər;
  • Layihələrin idarəedilməsi üzrə biliklər;
  • İT arxitektura haqqında ümumi biliklər;
  • Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
  • Bankın işləmə prinsipləri haqqında detallı biliklər;
  • Strateji baxışın olması;
  • Riyazi hesablama və analitik düşünmə qabiliyyəti;
  • Əla ünsiyyət bacarıqları;
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Korporativ Satışlar departamentinin meneceri” şəklində qeyd etməklə 22 dekabr 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. 

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.