"Veysəloğlu" MMC Baş Direktorun Assistenti vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
 
Vəzifə funksiyaları:

- Rəhbərliyin iclas təqvimini idarə etmək, düzgün şəkildə müvafiq iclasları təşkil etmək və görüşləri təyin etmək;
- Rəhbərlik üçün yazılı və şifahi tərcümələrin edilməsi;
- Daxil olan və göndərilən sənədlərin aidiyyəti üzrə bölüşdürülməsi;
- Toplantı qeydlərini aparmaq və müvafiq olaraq yönləndirmək;
- E-mail yazışmaların həyata keçirilməsi, aidiyyəti şöbələrə yönləndirilməsi;
- Təqdimat və dövri hesabatların hazırlanmasına dəstək göstərmək.

Vəzifə tələbləri:

- Ali təhsil;
- Müvafiq sahə üzrə fasiləsiz ən azı 2 il iş təcrübəsi;
- MS Office (Word, Excel, Power

Point) kompüter proqramlarını yaxşı bilmək;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst yazma, oxuma və danışma qabiliyyəti;
- İşə məsuliyyətlə yanaşma;
- Detallara diqqətli yanaşma, yüksək səviyyədə təşkilatçılıq və planlama bacarıqları;
- Operativlik və komanda ilə işləmək bacarığı;
- Mükəmməl ünsiyyət bacarıqları (şifahi və yazılı).

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Bu vakansiyaya müraciət etmək istəyən namizədlər 11 aprel 2023-cü il tarixinədək CV-ni mövzu bölməsində “Baş Direktorun Assistenti” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.