“Bank Respublika” ASC Rəqəmsal Bankçılıq və Biznes Proseslərinin İnkişafı Departamentində Mobil tətbiqlər üzrə tester vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Mövcud tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
- Mobil tətbiqlərin daxili biznes məntiqinin inkişaf etdirilməsi;
- Mobil tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
- Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması.
- Mobil tətbiqlərin testləşməsi üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;
- API baza bilikləri arzuolunandır;
- Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində Mobil tətbiqlər üzrə tester qeyd edərək 30 aprel 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.