“PAŞA Technology” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA Technology” və ya “PAŞA Technology” MMC) İT xidmətlər provayderi olaraq 2018-ci ildə yaradılıb.

 "PAŞA Technology"-nin məqsədi Azərbaycan bazarı üçün İT xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin etməkdir.

 Hal-hazırda “PAŞA Technology” MMC “Müştəri xidməti təmsilçisi” vəzifəsi üzrə vakansiya elan edir.

 Əsas öhdəliklər:

 • Şirkət və müştəri arasında əlaqə rolunu oynamaq, məhsul/xidmətlər haqqında məlumat vermək, sualları cavablandırmaq və müştərilərin üzləşə biləcəyi hər hansı problemi dəqiqlik və səmərəliliklə həll etmək;

 • Əla xidmət standartlarını təmin etmək, müştəri sorğularına səmərəli cavab vermək və yüksək müştəri məmnuniyyətini qorumaq;

 • Çox sayda daxil olan telefon zənglərini idarə etmək və satış potensialını artırmaq; 

• Məmnuniyyətə nail olmaq üçün müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və qiymətləndirmək;

 • Açıq və interaktiv ünsiyyət vasitəsilə müştərilərlə davamlı və etibarlı əlaqələr qurmaq; 

• Düzgün metodlardan/alətlərdən istifadə etməklə dəqiq, etibarlı və dolğun məlumat vermək;

 • Müştəri şikayətləri ilə məşğul olmaq, vaxt çərçivəsində müvafiq həllər və alternativlər təqdim etmək;təklif olunan həllərin təmin olunmasına daim nəzarət etmək; 

• Müştərilərlə qarşılıqlı əlaqələrin və müvafiq sənədləşmənin qeydlərini aparmaq, müştəri hesablarını emal etmək; 

• Ünsiyyət prosedurlarına, təlimatlara və siyasətlərə əməl etmək; 

• Müştəriləri cəlb etmək üçün effektiv addımlar atmaq; 

Tələb olunan bilik və bacarıqlar: 

• Ali təhsil; 

• Azərbaycan, Rus və İngilis dilində səlis danışıq. 

• İT xidmətləri haqqında anlayışın olması arzu olunandır; 

• MS Office proqramları ilə işləmə bacarığı; 

• Datacenter mühitində və Tier standartları barədə biliklər üstünlükdür;

 • Bulud modelləri, Bulud məhsulları və Bulud məlumat təhlükəsizliyi barədə biliklərə sahib olmaq üstünlükdür; 

• Təşəbbüskar olmaq; 

• Təqdimat bacarıqları; 

• Vaxtın və stressin effektiv idarə olunması bacarığı; 

• Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;

 • Komandada işləmə bacarığı; 

• Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; 

• Məntiqi və analitik düşünmə tərzi; 

• Telefon vasitəsilə effektiv ünsiyyətin qurulması və dinləmək bacarığı; 

• CRM sistemləri ilə işləmə bacarığı və təcrübə; 

• Müştəri yönümlülük; 

Təcrübə

 • Müştəri xidmətləri istiqaməti üzrə minimum 2-3 il iş təcrübəsi; 

Son müraciət tarixi: 15 Fevral 2023-ci il. Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni [email protected] ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.