"Kaspi" Təhsil Şirkəti Administrator-Qeydiyyatçı vəzifəsi üçün vakansiya elan edir

 

Minimum tələblər:

• Orta təhsil;

• Müvafiq sahə üzrə ən azı 2 illik iş təcrübəsi;

• Azərbaycan dilində yaxşı səviyyədə danışmaq və yazmaq bacarığı;

• Rus dili üzrə orta səviyyədə biliklər arzuolunandır;

• Çeviklik və qısa zamanda qərar vermək bacarığı;

• İctimai təhlükəsizlik və əmlak təhlükəsizliyi qayda və normaları üzrə biliklər arzuolunandır;

• Danışıqlar aparma, fərdi söhbət və problem həlletmə bacarıqları. 

Vəzifə öhdəlikləri:

  • Mühafizə əməliyyatları ilə bağlı qanuni və texniki tələblərə riayət etmək;
  • Təhlükəsizliyin təmin olunması ilə bağlı göstərişləri qəbul etmək və zəruri halda aydınlaşdırmaq;
  •  Mühafizə qaydaları və standart prosedurlara uyğun olaraq obyekti təhvil almaq və təhvil vermək;
  • Təhlükələr mövcud olduğu halda onların yerini aşkar etmək, aradan qaldırmaq və aidiyyəti rəhbərliyə məlumat vermək;
  • Təlimatlara əsasən bina və qurğuları mühafizə etmək; • Mühafizə kameralarının işinə nəzarət etmək;
  •  Kommunal xidmətlərə (qaz, su, işıq) nəzarət;
  •  Kommunal ödənişlərin edilməsi;
  • Təsərrüfat, yeyinti və dəftərxana ləvazimatlarının təchizatı;
  • Şirkətin əmlak və avadanlıqlarından məqsədyönlü istifadə olunmasına və saxlanılmasına nəzarət;
  • Otaqların havalandırılması, istiliyi, sərinliyi və təmizliyinə gündəlik nəzarət;
  • Mütəxəssis tələb olunmayan təmir işlərinin aparılması;
  •  Şirkətə daxil olan və çıxan şəxslərə nəzarət;
  •  Yaranmış və ya yarana biləcək çətinlikləri vaxtında aradan qaldırmaq və ehtiyac olduqda rəhbəri məlumatlandırmaq. 

 

İş yeri: “Xətai TM” MMC 

Son müraciət tarixi: 30.09.2024

• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

İŞƏ MÜRACİƏT FORMASI

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.