Əməliyyatlar üzrə analitik vakansiyası


 

Vəzifə öhdəlikləri:

 

 Müxtəlif mənbələrdən məlumatların toplanılması, böyük həcmli məlumatların təhlili və analizi, məlumatların keyfiyyətinin yoxlanılması, gündəlik təhlillər apararaq məlumatlarda olan uyğunsuzluqların aşkarlanması;

 Tableau və ya digər vizuallaşdırma alətləri ilə məlumatların vizuallaşdırması;

 Monitorinqlər aparmaq, monitorinqin nəticəsini təhlil etmək və bu istiqamət üzrə təkliflər hazırlamaq;

 Gündəlik, aylıq və illik hesabatları hazırlamaq;

 Komanda ilə əməkdaşlıq edərək layihələrdə iştirak etmək.
 

Namizədə dair tələblər:

 

 Ali təhsil (İqtisadiyyat, İT, Kompüter elmləri, Kompüter mühəndisliyi, Riyaziyyat ixtisasları üzrə olması arzu olunandır);

 Müvafiq sahə  üzrə minimum 2 il iş təcrübəsi;

 Power BI, Tableau, Excel üzrə yüksək səviyyədə biliklər;

Səlis Azərbaycan dili biliyi, rus və ingilis dili bilikləri arzuolunandır;

 Analitik düşünmə bacarığı;

 Problemləri həll etmə bacarığı;

 Sərbəst ünsiyyət qurmaq və komanda ilə işləmə bacarığı.

 

İş şəraiti:

 

 İş rejimi: I-V günlər 09:00–18:00;

 Nahar fasiləsi: 13:00-14:00; 

 Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi



 

Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq təyin ediləcək.

Vakansiyaya müraciət etmək üçün namizədlərdən mövzu hissəsində “Əməliyyatlar üzrə analitik”  qeyd etməklə CV-lərini [email protected] mail ünvanına yönləndirmələri xahiş olunur. 

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.