Azərbaycan Texniki Universitetinin (AzTU) Tədqiqat və inkişaf şöbəsinə universitet reytinqlərinin idarə olunması üzrə böyük mütəxəssis vəzifəsinə vakansiya elan olunur.

Əmək funksiyaları:

Reytinqlərdə iştirak üçünj strategiyanın formalaşdırılması və həyata keçirilməsi;

- Times Higher Education, QS World University Rankings və Dünya Universitetlərinin Akademik Reytinqi (ARWU) də daxil olmaqla müxtəlif universitet reytinqlərində AzTU-nun fəaliyyətinə nəzarət etmək və təkmilləşdirmək;

- Fəaliyyəti ilə bağlı mütəmadi hesabatlar hazırlamaq, mövcud çətinliklərin və problemlərin aradan qaldırılması üçün təklif və tövsiyələr təqdim etmək;

- Şöbənin öhdəliyində olan digər işlərin vaxtında və keyfiyyətli icrası üçün şöbənin digər əməkdaşlarının işlərinə kömək etmək, ehtiyac olduğu təqdirdə komanda üzvlərini əvəz etmək.

Tələblər:

- Müvafiq sahə üzrə ali təhsil (biznesin idarə edilməsi, marketinq, ali təhsilin idarə edilməsi);

- Universitet reytinqlərinin idarə edilməsi və ya oxşar vəzifələrdə təcrübə;

- İngilis dilində sərbəst ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus dili və ya əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcək);

- Ms Office, Ms Access, MS project proqramları üzrə biliklər;

- Ünsiyyətcillik, komanda ilə işləmək bacarığı, liderlik, analitik düşünmə və müstəqil qərar qəbul etmək qabiliyyəti;

- “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları, ölkənin strateji inkişaf proritetləri və qanunvercilik bazası, Boloniya prosesi haqqında biliklər;

- Məlumatların təhlili alətləri və proqram təminatı üzrə biliklər (Qlobal universitet reytinqi metodologiyalarını bilənlərə üstünlük verilir).

Maraqlanan şəxslər müraciət üçün CV-ni “Universitet reytinqlərinin idarə olunması üzrə böyük mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 20.02.2024, saat: 17:00 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.