Rəqəmsal marketinq sahəsində karyera qurmaq istəyənlər üçün Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən "Rəqəmsal marketinqdə karyera qurmaq" adlı ödənişsiz onlayn vebinar təşkil olunacaq.
Vebinarın məqsədi rəqəmsal marketinq sahəsinə marağı olan vətəndaşların düzgün istəqamət seçmələrinə və karyera planlamalarına yardım etməkdir.
Sp
Qeyd edək ki, vebinar 29 dekabr, saat 19:00-da "Zoom" platformasında keçiriləcək.
Müraciət üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz:
https://lnkd.in/eHttdy8u
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.