İnsan resursları əməliyyatları üzrə baş mütəxəssis vakansiyası

 

Təsvir

·        İş analizlərinin aparılmasında iştirak etmək;

·        Vəzifə təlimatlarının hazırlanmasını təmin etmək;

·        İşcilərin şəxsi işlərinin qaydalara uyğun şəkildə aparılması və saxlanılmasını təmin etmək;

·        İnsan Resursları departamentinə aid siyasət, prosedur və sənədlərin hazırlanması, yenilənməsi və təkmilləşdirilməsini təmin etmək;

·        Ümumi biznes strategiyasına uyğun olaraq müvafiq struktur bölmələrə zəruri insan resurslarına olan strateji planları ilə bağlı müvafiq dəstək vermək;

·        Analitik hesabatların hazırlanmasında iştirak etmək;

·        Performansın idarə edilməsi sisteminin qurulmasında iştirak etmək;

·        İşə qəbul, başqa işə keçirmə, iş rejiminin dəyişikliyini elektron hökümət portalında, Cəmiyyətin ERP sistemində işlənməsini təmin etmək;

·        İşçi heyəti üçün keçmiş və hazırkı əmək fəaliyyətləri haqqında sadə və ya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparılması ilə əlaqədar arayışlar verilməsini təmin etmək;

·        Qanunvericilikdən irəli gələn digər işləri yerinə yetirmək;

·        Müdiriyyətin tələbi ilə müxtəlif sənədlərin hazırlanması və tapşırıqlarınI yerinə yetirmək.

Tələblər

·        Ali təhsil (İnsan Resursları, Biznesin İdarəedilməsi və ya əlaqəli sahədə bakalavr dərəcəsi arzuolunandır);

·        Müvafiq sahədə minimum 4-5 il iş təcrübəsinə malik olmaq;

·        Səlis Azərbaycan dili biliyi, rus dili və ingilis dili biliyi üstünlükdür;

·        MS Office və 1C proqramlarında təcrübəyə sahib olmaq;

·        Komanda ilə effektiv ünsiyyət qurmaq və şöbənin məqsədlərinə nail olmaq üçün güclü idarəetmə bacarıqlarına sahib olmaq;

·        İnsan Resursları prinsiplərini və əmək qanunvericiliyi üzrə yüksək səviyyədə biliyə sahib olmaq;

·        Əla ünsiyyət qurmaq və işgüzar münasibətlər yaratmaq bacarığına malik olmaq;

·        Problemləri həll etmək və qərarlar qəbul etmək bacarığına sahib olmaq;

 

Son tarix

fevral 27, 2025


Müraciətlərinizi  [email protected] e-mail ünvanına vakansiyanın adını başlığı altında qeyd edərək yönləndirməyiniz xahiş olunur.

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.