Azərbaycan Hotel Assosiasiyası (AHA), 4 May 2024-cü il tarixində tələbələr və məzunlar üçün qonaqpərvərlik sahəsi üzrə ən böyük karyera sərgisini təşkil edir.
Tədbirdə iştirak ödənişsizdir və bütün tələbələr və məzunlar üçün açıqdır, hər kəs dəvətlidir! 
Tədbirdə sənaye liderləri qonaqpərvərlik sahəsində karyera üstünlüklərini izah edən təqdimatlar, həmçinin seminarlar və master klasslar keçirəcəklər.

Qonaqpərvərlik sənayesi istedadları axtardığı bir vaxtda, bu tədbir iştirakçılara qonaqpərvərlik karyeralarının zənginliyi haqqında məlum

at əldə etmək, eləcə də aparıcı sənaye ekspertləri və peşəkarları ilə əlaqə yaratmaq imkanını yaradacaq.

Əgər siz tələbə, məzun və ya şagirdsinizsə və karyera günü tədbirində iştirak etmək istəyirsinizsə, link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.

https://lnkd.in/eSHH7ihD

Əgər siz biznes və ya təhsil təminatçısısınızsa, və ya tələbələr üçün kütləvi qeydiyyat etmək istəyirsinizsə bizimlə birbaşa [email protected] e-poçt vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.