Aprelin 11-dən etibarən Lütfizadə adına məntiq olimpiadasında iştirak üçün elektron qeydiyyat prosesinə start verilib. Lütfizadə adına məntiq olimpiadasında iştirak etmək istəyən şagirdlər https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməklə “Müsabiqə və Olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər. Qeydiyyat prosesi 21.04.2023-cü il tarixinədək davam edəcək.

Qeyd edək ki, olimpiada 30 aprel 2023-cü il tarixində ümumtəhsil müəssisələrinin V sinif şagirdləri arasında keçiriləcək.

Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar qeyd olunan nömrəyə (+99450-7914631) Whatsapp üzərindən ətraflı şəkildə müraciət edə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.