ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsi böyük elmi işçi vəzifəsi üzrə vakansiya elan edir!

 

Vəzifə öhdəlikləri:

  • Tədqiqat dizaynının hazırlanması və tədqiqat planının işlənməsi;
  • Elmi tədqiqat prosesinin təşkili və idarə edilməsi;
  • Müxtəlif tədqiqat metod və alətlərindən istifadə edərək məlumatların toplanması, təhlil və analiz edilməsi;
  • Elmi məqalələrin hazırlanması və beynəlxalq indeksli jurnallarda nəşr etdirilməsi;
  • Müxtəlif yerli və beynəlxalq elmi konfranslarda, forumlarda və s.-də iştirak;
  • Şöbənin eyni zamanda icra etdiyi bir neçə tədqiqat layihəsində iştirak.

Tələblər:

  • Ali təhsil (magistr təhsili);
  • 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Azərbaycan dilində düzgün yazı və səlis danışıq bacarığı (rus və ingilis dili biliyi arzuolunandır);
  • Elmi tədqiqat sahəsində mövcud qanunvericilik, qayda və təlimatlar haqqında biliklər;
  • “Microsoft Office”, “SPSS”, “Python” və ya “R” proqramlarında sərbəst işləmək bacarığı;
  • “Google” alətlərindən istifadə bacarığı;
  • Analitik düşüncə və problem həlletmə bacarığı;
  • Statistik hesabatların hazırlanması bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • İdarəetmə bacarığı;
  • Şəxsi keyfiyyətləri (ünsiyyətcil, innovativ, intizamlı, stressə qarşı davamlı və s.).

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən 30 aprel tarixinədək CV-lərini [email protected] elektron poçt ünvanına “Böyük elmi işçi” başlığı altında göndərmələri xahiş olunur.

Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.