Namizədə tələblər:

• Yaş: 21-35

• Dil bilikləri: Azərbaycan dili və rus dili (ingilis dili arzuolunandır)

• Məsuliyyətli və dəqiq olmaq

• Komandada işləmək bacarığı

• Yaradıcı və analitik düşüncə tərzi

Namizəd işə qəbul olduqdan sonra icra edəcəyi əsas tapşırıqlar:

• Telefon zəngləri və sosial şəbəkələr vasitəsi ilə gələn sorğuları cavablandırmaq

• Sosial media hesabları və platformaları (Facebook, Instagram, şirkətin rəsmi saytı və s.) ilə işləmək;

• Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ etika çərçivəsində cavablandırmaq;

• Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;

Namizəd bizimlə işləməklə nə(lər) qazanacaq:

• Gənc, dinamik komandanın üzvü olaraq, komandada işləmə bacarıqlarını inkişaf etdirmək.

• Fərdi inkişafın şirkət tərəfindən tam dəstəklənməsi.

• Tədris prosesində və təşkilatı işlərdə istifadə etdiyimiz proqram təminatlarını öyrənmək.

• Əmək bazarında ehtiyac olacaq vərdiş və bacarıqlara yiyələnmək.

• Ədalətli, yaradıcı idarəetmə mühitində işləmək.

• Komandamızın hazırda üstündə işlədiyi təhsil prosesi sisteminə öz töhfəsini vermə şansı.

Maaş:

• İş saatları və əmək haqqı müsahibə zamanı müzakirə edilərək müəyyənləşəcək.

• Ünvan: Səməd Vurğun 10, Sahil metrosunun yanı.

• Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə [email protected] elektron ünvanına mövzu hissəsində “Koordinator” qeyd etməklə göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.