Təcrübəçi hüquqşünas vakansiyası
Namizədə tələblər:
•Ali hüquq təhsili
•Azərbaycan dili yüksək səviyyədə olmalı, rus dili üstünlükdür
•Mülki, inzibati, əmək hüququ sahəsində biliklər
•MS Office (Word, Excel) yaxşı səviyyədə bilməli
İş barədə məlumat:
•Birbaşa tabe olduğu rəhbərin nəzarəti altında iddia ərizələrini, pretenziyalarını, məhkəmə aktlarından apelyasiya və müxtəlif tipli şikayətlərin hazırlanmasına köməklik göstərmək
•Şirkət-daxili korporativ qaydaların, proseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak etmək
•Birbaşa rəhbərinin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək
•Sənədləşmə işlərinə nəzarət etmək
Əlavə məlumatlar:
•İş saatları: 09:00-18:00
•İş günləri: həftədə 5 gün
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Təcrübəçi hüquqşünas” sözlərini qeyd edərək “ [email protected]” e-ünvanına göndərsinlər.