Satınalma üzrə mütəxəssis axtarırıq 

Vəzifə öhdəlikləri:
– Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
– Yaradılmış sifariş formalarının analiz edilməsi;
– Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
– Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
– Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.

Tələblər:
– Ali təhsil;
– Təchizat sahəsində (tikinti sahəsi

üzrə) 3 il iş təcrübəsi;
– Sənədləşdirmə və yazışma işlərini bacarmalı;
– Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
– Güclü ünsiyyət və danışıq qabiliyyəti;
– Azərbaycan dili mükəmməl, İngilis dili və Rus dili arzuolunandır;
– Komandada işləmək bacarığı.

 İş şəraiti:
– 6 günlük iş qrafiki;
– İş yeri: Bakı şəhəri;
– Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazmaqla ''[email protected]'' elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.