AVRORA MMC “Maliyyə Analitiki” vəzifəsi üzrə vakansiya elan edir!

Əsas vəzifə öhdəlikləri :

·     Maliyyə hesabatlarının hazırlanması;
·     Maya dəyərinin analizi və kənarlaşmaların müəyyən edilməsi;
·     Büdcələrin hazırlanması və təsdiq edilən büdcələrin izlənilməsi;
·     Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
·     Satış hesabatlarının hazırlanması və təhlil edilməsi;
·     Malların marjinallığının hesablanması və təhlil edilməsi;
· Hesabat dövrünün xərclərinin yoxlanılması və analiz edilməsi.

Tələb olunan bilik və bacarıqlar :

·     Yüksək qavrama və öyrənmə qabiliyyəti;
·     Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
·     Problem həll etmə bacarığı;
·&nb

sp;    Dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :

·     Maliyyə və mühasibatlıq sahələri üzrə ali təhsil;
·     Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3);
·     İş təcrübəsi: Maliyyə sahəsində ən az 2 il iş təcrübəsi;
·     Kompüter bilikləri: MS Office proqramlarından (yüksək səviyyədə Excel və maliyyə sertifikasiyası üzrə biliklərinin olması arzuolunandır) istifadə etmək bacarığı;
·     Dil bilikləri: Azərbaycan (əla), İngilis və Rus dilləri arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə Analitiki” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.